Accessibility links

Etirazlar qızışdığı bir vaxt İraqda sürgündə olan İran kürdləri hədəfə alınır


İranda gənc kürd qadın Məhsa Əmininin ölümü ilə bağlı etirazlar alovlandığı bir zaman qonşu İraqın Kürdüstan bölgəsi bunun bədəlini İslam Respublikası qüvvələrinin bombardmanlarına məruz qalaraq ödəyib.

Onların hədəfi 1980-ci illərdə, Səddam Hüseyin dövründə İranla müharibə zamanı İraqa yerləşən və uzun müddətdir mühacirətdə olan İran kürdlərinin müxalif qüvvələridir. Tehran "terrorçu" hesab etdiyi bu silahlı qruplaşmaları İran ərazisinə hücumda ittiham edir.

İranda bir generallar kürd müxalifət qruplarını İran Kürdüstanında Mahsa Əminin ölümü ilə bağlı etirazları təhrik etməkdə ittiham edib.

22 yaşlı Əmininin sentyabrın 16-da, İranın əxlaq polisinin onu qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs etməsindən bir neçə gün sonra öldüyü elan edilib.

Fransanın İraq Araşdırma Mərkəzinin direktoru Adel Bakavanın dediyinə görə, İran ümummilli etirazları qızışdırmaqda "düşmən tapmalı idi".

"Nəticələri təhrik etmədən hədəfə alına biləcək ən zəif halqa İran kürdləri idi" - deyə, o bildirib.

Sentyabrın 28-də İran İraqın şimalında kürd militantlarının mövqelərini atəşə tutub. Nəticədə 14 nəfər həlak olub, mülki əhali də daxil olmaqla, 58 nəfər yaralanıb. Ondan sonra daha az olmaqla, qanlı hücumlar davam edib.

Bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Tehranın bu qruplaşmalara qarşı ittihamını təkrar edərək, onların ölkənin milli təhlükəsizliyini təhdid etdiyini deyib.

Ekspertlərin deyinə görə, ifrat solçu qruplar praktiki olaraq bütün hərbi fəaliyyətlərini dayandıraraq, diqqətlərini siyasi fəaliyyətə diqqət yönəldir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG