Accessibility links

İran İraqın Kürdüstan bölgəsinə raket zərbələri endirib


İraq Kürdüstanı rəsmilərinin bildirdiyinə görə, İranın bölgəyə raket və dron hücumları zamanı ölənlərin sayı azı 9 nəfərə çatıb, 32 nəfər yaralanıb.

"İran İslam rejimi Kürdüstan azadlıq qüvvələrinin qərargahına hücum etməklə, insanların diqqətini hazırda ciddi şəkildə İran və Şərqi Kürdüstanda baş verən inqilabdan yayındırmağa çalışır" - deyə, İranın müxalif Kürdüstan Demokratik Partiyasının (KDPİ) sözçüsü Xalid Əzizi Amerikanın Səsinə bildirib.

"İran daxilində vətəndaş hərəkatının rejiminə vurduğu böyük ziyan nəzərə alınarsa, bu, gözlənilən idi. Rejimin çoxillik strategiyası daxildən gələn təhlükə ilə üzləşdikdə Yəməndə, İraqda, Livanda, Suriyada və ya başqa yerlərdə böhran yaratmaqdırr" - deyə, 60 kilometr aralıda yerləşən Koy Sincaq qəsəbəsindəki partiya qərargahında çıxış edən Əzizi əlavə edib. İranın raket hücumu Ərbilin şərqində Kürdüstan Demokratik Partiyasının 4 döyüşçüsünü öldürüb.

İran rəsmiləri etirazların inqilab olduğu iddiasını rədd edərək, ABŞ-ı İslam Respublikasında sabitliyi pozmaq məqsədi ilə "iğtişaşçılara" dəstək verməkdə ittiham edib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani "Uğursuz olsa da, Vaşinqton həmişə İranda sabitlliyi və təhlükəsizliyi zəiflətməyə çalışır" deyib.

Amerikanın Səsinin regiondakı müxbirləri kürd dəstələri İranın Süleymaniyyədən təqribən 15 kilometr məsafədəki Zirgezdə "Kürd Komala Partiyası" və Kərkükdən təxminən 40 kilometr şimalda yerləşən Altun Kupridə "Kürdüstan Azadlıq Partiyası"na qarşı oxşar hücumlar həyata keçirdiyini bildirib.

İranın dövlət İRNA xəbər agentliyi hücumları təsdiqləyərək, ölkənin İnqilab Keşikçiləri Korpusunun İraqdakı "terrorçuları dəqiq raketlər" və "intiharçı pilotsuz aparatlarla" hədəf aldığını bildirib.

Hücumlar İrandan kənarda kəskin qınaqlara səbəb olub. İraqın Xarici İşlər Nazirliyi diplomatik şikayəti təqdim etmək üçün İranın ölkədəki səfirini çağıracağını bəyan edib.

Kürdüstanın Regional Hökuməti Bağdaddakı federal hökumətdən "ölkənin suverenliyini qorumaq öhdəliyini yerinə yetirməyi" xahiş edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Birləşmiş Ştatlar bu hücumları "qətiyyətlə" pisləyir və onu "İraqın suverenliyi və ərazi bütövlüyünün əsassız pozulması" kimi qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG