Accessibility links

İran və İraq hərbi əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalayıb


İran və İraq hərbi əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalayıb. Sənəddə terrorizm və ekstremizmlə mübarizə də nəzərdə tutulur. Saziş Vaşinqtonun narahatlığı ilə qarşılana bilər.

İranın müdafiə naziri Hüseyn Dehqan və onun iraqlı həmkarı Erfan Əl-Hiyalinin imzaladığı memorandum sərhəd təhlükəsizliyi, logistika və təlimləri də əhatə edəcək.

İranla İraqın əlqələri 2003-cü ildə Səddam Hüseyinin hakimiyyətdən devrilməsi ilə normallaşıb. Bundan sonra şiə müsəlmanlar hakimiyyətdə yer alıb.

ABŞ prezidenti Donald Tramp İranın Suriya, Yəmən və İraqda nüfuzunun artmasına dair narahatlığını ifadə edib.

İranla ABŞ arasında münaisbətlər Trampın prezidentlik dövründə daha da gərginləşib. Tramp Tehranı yaraqlıları dəstəkləməklə regionada sabitsizlik yaratmaqda ittiham edir.

ABŞ prezidenti yeni təhlükələrin Şimali Koreya, İran, Suriya, habelə onlara maliyyə dəstəyi göstərən ölkələrdən gəldiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynaya qarşı yeni dron hücumları həyata keçirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG