Accessibility links

İranın Kəşfiyyat Nazirliyinin bildirdiyinə görə, ölkə parlamanenti və Xomeyninin məqbərəsinə hücum İŞİD sıralarına qoşulan 5 nəfər tərəfindən həyata keçirilib.

Onlar ötən avqust ayında İrana dönməzdən əvvəl İslam Dövləti yaraqlıları ilə İraqın Mosul, Suriyanın isə Rəqqa şəhərlərində döyüşüb.

İmam Xomeyni Məqbərəsinə və İran İslam Məclisinə terror hücumu nəticəsində 17 nəfər ölüb, 42 nəfər yaralanıb.

Terror qrupunun Amaq xəbər agentliyi 24 saniyəlik video yayıb. Videoda parlament binası daxilində qan içərisində cəsədlər nümayiş etdirilib.

İŞİD İranı əlavə hücumlar həyata keçirəcəyi ilə hədələyib.

XS
SM
MD
LG