Accessibility links

ABŞ hələ də İranın nüvə silahı istehsalına yaxınlaşdığına inanmır


ABŞ hələ də İranın nüvə silahı istehsalına yaxınlaşdığına inanmır. Baxmayaraq ki, İsrailin müdafiə naziri Vaşinqtonun dəyərləndirmələrini dəyişdiyini deyir. Milli Təhlükəsizlik Şurasının sözçüsü ABŞ hökumətinin İranın nüvə silahı istehsalına yaxınlaşdığına inanmasa da, İranı nüvə fəaliyyətlərindən çəkindirmək yollarını nəzərdən keçirdiyini bildirib.

İsrailin müdafiə naziri Ehud Barak deyib ki, Amerikanın İranın nüvə silahları əldə etməsinə yaxınlaşdığına dair kəşfiyyat məlumatları İsrail kəşfiyyatının nəzərini əks etdirir. Ehud Barak bunu Haaretz qəzetində çıxan məlumatla bağlı suala cavab verərkən bildirib. Qəzet prezident Obamanın kəşfiyyat məlumatları barədə hesabat əldə etdiyini və həmin hesabat İslam Respublikasının nüvə nailiyyətləri barədə Amerikanın düşüncələrinin İsrailin dəyələndirmələri ilə üst-üstə düşdüyünü yazıb.

Yedioth Ahronoth qəzeti isə yazır ki, Barak Obama və İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə sahələrinə noyabr ayı seçkilərindən əvvəl hücum etmək istəyir,lakin İsrail və ABŞ-ın ordu və kəşfiyyat rəsmiləri bunun əleyhinə çıxış edir.
XS
SM
MD
LG