Accessibility links

ABŞ Dövlət Departamenti İsrail seçkilərinin İranla nüvə danışıqlarına təsir etməyəcəyini deyib


ABŞ Dövlət Departamenti bildirib ki, İsrail baş naziri Benjamin Netanyahunun yenidən seçilməsi İran ilə nüvə proqramı haqda danışıqlara təsir göstərməyəcək.

Departamentin sözçüsü Cen Psaki Birləşmiş Ştatların Netanyahunun İran ilə danışıqlara qarşı olduğunu çoxdan bildiyini deyib.

İsrail seçkilərindən iki həftə əvvəl baş nazir Netanyahu ABŞ konqresinə Obama administrasiyasının İranla apardığı danışıqların düzgün olmadığını bildirib.

Netanyahu da daxil olmaqla, danışıqların əleyhinə olan bir qrup ABŞ millət vəkili deyib ki, bu, İrana bir sıra güzəştlər verir və Tehrana nüvə silahı inkişaf etməyə fürsət yaradır.

İran və ABŞ daxil olmaqla, altı ölkə martın 31-dək İranın uran zənginləşdirmə proqramı haqda razılığa gəlməlidir. Razılıq əldə edilsə ABŞ və onun tərəfdaşları İran iqtisadiyyatına qarşı sanksiyaları yüngülləşdirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG