Accessibility links

Ağ Ev: İsrailin İranın nüvə silahı proqramına dair kəşfiyyat məlumatları araşdırılır


Ağ Ev İsrailin İranın nüvə silahı proqramına dair kəşfiyyat məlumatlarının araşdırıldığını bildirib. Vaşinqton Tehranın 2015-ci il nüvə sazişinə əməl etmədiyini deməyib.

Kəşfiyyat ekspertləri və diplomatlar İsrailin baş naziri Benyamin Netanyahunun təqdim etdiyi dəlillərin sazişin imzalanmasından əvvəlki dövrə aid olduğunu bildirib. İsrailin baş naziri məlumatı dünən keçirdiyi mətbuat konfransında açıqlayıb.

İsrail liderinin qeyd etdiyinə görə, İran uzun illərdir beynəlxalq ictimaiyyətdən gizli nüvə tədqiqatlarını apardığını gizlədir.

“İran yalan söyləyib”, Netanyahu bildirib.

“İsraildə İranın məxfi faylları var. İsrail İranın nüvə axrivlərinin dəqiq surətlərinə malikdir”, o aydınlaşdırıb.

İranın xarici işlər naziri Cavad Zərif Twitter hesabında İsrailin iddialarını gülünc adlandırıb.

ABŞ rəsmiləri kəşfiyyat məlumatında irəli sürülən faktların çoxdan bəlli olduğunu deyir. Onlar bəzi dəlillərin İranın Şahab-3 ballistik raketi də daxil edilməklə, İranın nüvə fəaliyyətlərinə yeni işıq saçdığını bildirir.

"Onlar boş vaxt keçirmir. Televiziya üçün raket hazırladıqlarını deyir. Lakin mən belə düşünmürəm. Baxıb görəcəyik. Mən sizə nə edəcəyimi deməyəcəm. Ancaq mayın 12-dən əvvəl qərarımı bildirəcəyəm. Bu, saziş barədə müzakirələr keçirməyəcəyimiz demək deyil", Donald Tramp bildirib.

Mayın 12-si prezidentin müttəfiqlərinə sazişin bəzi məqamlarının düzəldilməsinə verdiyi möhlətdir. Tələbə əməl edilməsə, Donald Tramp sazişdən çıxacağı ilə hədələyib.

Ötən ay ABŞ-ın hərbi komandirləri qanunvericilərə Tehranın sazişin şərtlərinə əməl etdiyini bildirib.

XS
SM
MD
LG