Accessibility links

İran karqo gəmisini ələ keçirib


Birləşmiş Ştatlar İranın karqo gəmisini ələ keçirdiyini təsdiq edərək, bir gəmi və təyyarənin hadisə yerinə göndərildiyini bildirib.

Pentaqonun sözçüsünün bildirdiyinə görə, Marşal adalarının bayrağı altında üzrən Maersk Tigris gəmisi İranın patrul gəmisinin yaxınlaşdığı vaxt İran sularında olub.

Maersk gəmisi İran nümayəndələrinin ölkənin su hövzəsində daha dərin sulara daxil olmaq təklifini rədd etdikdən sonra İran gəmisindən atəş açılıb. Bundan sonra Maersk gəmisi İran rəsmilərinin əmrinə tabe olub.

ABŞ rəsmiləri beynəlxalq holdinq olan Maersk şirkətinin yük gəmisində amerikalıların olmadığını təsdiq etdiyini və vəziyyətin monitorinqini davam etdirdiyini bildiriblər.

Pentaqon USS Farragut gəmisinin Maersk Tigris gəmisinin yerləşdiyi ən yaxın yerə göndərildiyini və təyyarənin havadan vəziyyəti izlədiyini bildirib.

XS
SM
MD
LG