Accessibility links

İran hökumətinin tərəfdarları ölkə boyu nümayişlər keçirib


İranda günlərdir hökümətə qarşı və iqtisadi problemlərlə əlaqədar keçirilən aksiyaların ardınca bu gün hökumət tərəfdarları ölkə boyu nümayişlər keçirib.

İranın dövlət televiziyası ilə əllərində İran bayraqları olan insanların Ali dini lider Ayətullah Əli Xameneyiyə dəstək şüarları səsləndirən kütlə nümayiş etdirilib.

Xameneyi isə keçən həftədən bəri başlayan və azı 21 nəfərin ölümünə səbəb olan hökumətə qarşı etirazlarda digər ölkələrin hökumətlərini günahlandırır. “Son günlərdə İranın düşmənləri İslam Respublikasında böhran yaratmaq məqsədilə pul, silah, siyasət və kəşfiyyat aparatları da daxil olmaqla, müxtəlif vasitələrdən istifadə edir” deyə Xameneyi bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani etirazların arxasında Birləşmiş Ştatlar, Böyük Britaniya və Səudiyyə Ərəbistanının durduğunu deyib.

ABŞ prezidenti Donald Trump, İran hökumətinə qarşı etiraz edənlərə dəstək məqsədilə özünün Twitter səhifəsində bir neçə şərhlə çıxış edib. Çərşənbə axşamı o, Twitter-də bunları yazıb: “Prezident Obamanın onlara düşünülməmiş şəkildə verdiyi pullar terrorizmə və şəxsi ciblərə gedib. İnsanlar ərzaq çatışmazlığı, böyük inflyasiya və ədalətsizlik yaşayır. Birləşmiş Ştatlar bunları görür!”.

Trampın bu şərhindən sonra İranın Xarici İşlər Nazirliyi belə cavab verib: “Vaxtlarını başqa ölkələrlə əlaqədar yararsız və təhqiredici şərhlərə sərf etməkdənsə, öz ölkələrindəki daxili məsələlərə, məsələn, hər gün onlarla insanın öldürülməsinə, milyonlarla evsiz və ac insanın vəziyyətinə nəzər yetirsinlər."

ABŞ BMT-nin Təhlükəsizlik Şurasını İrandakı etirazlarla bağlı müzakirələr aparmaq üçün fövqəladə iclas keçirməsinə çağırıb. Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Heyli İran xalqının azadlıq üçün ağladığını deyib.

BMT-nin Milli Təhlükəsizlik Şurasının rəhbəri H.R. Makmaster Amerikanın Səsinə müsahibəsi zamanı demək olar ki, eyni şərhi verib. “İran xalqı hökumətin öz xalqının ehtiyaclarını qarşılamaqdansa terrora daha çox diqqət verən bir rejimə qarşıdır" deyə Makmaster bildirib.

Birləşmiş Ştatların Dövlət Departamenti İranı təcili olaraq onlayn sosial medianı bloklamağı dayandırmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG