Accessibility links

İranda bir gündə koronavirusa 13,352 nəfər yoluxub, 482 nəfər ölüb


İranın səhiyyə naziri çərşənbə axşamı xəbərdarlıq edib ki, iranlılar virusun qarşısının alınmasına yönələn qaydaları pozarlarsa, koronavirusdan ölümlərin sayı yaxın zamanda ikiqat, yaxud daha çox arta bilər. Belə ki, pandemiyanın ən çox zərər vurduğu bu Yaxın Şərq ölkəsində yeni yoluxma halları rekord həddə çatıb.

"Bu, səhiyyə sistemimizi bərpa etmək üçün son şansdır. İnsanlar bunun öhdəsindən gəlməsə, biz məğlub olacağıq və ölüm halları dörd-rəqəmlik səviyyəsyə çatacaq və bu, çıxılması çətin olan bir uçurum deməkdir," Səhiyyə naziri Səid Naməki bildirib.

Hökumət noyabrın 21-dən etibarən paytaxt Tehranda və 100-ə yaxın digər şəhər və qəsəbədə daha sərt məhdudiyyətlər tətbiq ediləcəyini bildirib.Əsas olmayan müəssisələr və xidmətlər bağlanacaq və ya fəaliyyətləri ciddi şəkildə azalacaq, avtomobillərin bu şəhərlərə giriş-çıxışına icazə verilməyəcək.

Səhiyyə Nazirliyinin cərşənbə axşamı bildirdiyinə görə, İranda son 24 saat ərzində koronavirusa yoluxma halları 13,352 qeydə alınaraq, rekord həddə çatıb və yoluxanların ümumi sayı 788,473 olub.

Nazirliyin sözçüsü Sima Sədat Lari dövlət televiziyasına verdiyi açıqlamasında son 24 saat ərzində ölüm hallarının rekord səviyyəyə çatdığını və 482 nəfərin öldüyünü, və beləliklə koronavirusdan ölənlərin sayının 42,461-ə yüksəldiyini deyib.

Polis avtomobillərin vilayət mərkəzlərindən giriş-çıxışına qadağanın çərşənbə günündən etibarən qüvvəyə minəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG