Accessibility links

Rəy sorğuları Baydenin mövqeyinin ölkədəki pandemiyanın vəziyyəti ilə bağlı olduğunu göstərib


Rəy sorğuları Baydenin mövqeyinin ölkədəki pandemiyanın vəziyyəti ilə bağlı olduğunu göstərib
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Rəy sorğuları Baydenin mövqeyinin ölkədəki pandemiyanın vəziyyəti ilə bağlı olduğunu göstərib

Prezident Co Bayden cümə axşamı ABŞ-ın COVID-19-a qarşı əldə etdiyi irəliləyişlə bağlı nikbin olduğunu bildirib. Son rəy sorğuları Amerika ictimaiyyətinin onunla bağlı mövqeyinin ölkədəki pandemiyanın vəziyyəti ilə bağlı olduğunu göstərib.

İnfrastruktur və sosial xərclərlə bağlı qanun layihəsi hələ də təsdiqlənməyən Prezident Co Bayden cümə axşamı ölkənin pandemiyaya qarşı mübarizəsindəki irəliləyişindən danışıb. "Ölkə daxilində gündəlik yoluxma halları 47% azalıb. Xəstəxanaya yerləşdirmə son altı həftə ərzində 38% azalıb. Son iki həftə ərzində ölkənin böyük hissəsində vəziyyət də yaxşılaşıb. 39 ştatda xəstələnmə halları və 38 ştatda da xəstəxanalara yerləşdirilmə nisbətləri azalıb."

Amerikalıları administrasiyanın pandemiya ilə mübarizədə uğur qazandığına inandırmaq Baydenin siyasi həyatının açarıdır. Kris Cekson: "Yazda peyvənd səyləri olduqca müvəffəqiyyətli idi və biz onun nüfuzunun yüksək olmaqda davam etdiyini gördük. Lakin son bir neçə ayda delta variantına yoluxanların sayındakı sıçrayış və COVID-in yenidən canlanması ilə Baydenin nüfuzunu itirdiyini gördük."

Əfqanıstandan çəkilmə, benzinin qiymətinin artması, inflyasiya və ABŞ-Meksika sərhədində miqrant axını rəy sorğularında Baydenin nüfuzunun azalmasına səbəb olub.

Lakin rəy sorğuları pandemiyanın onun nüfuzunda əsas faktor olduğunu göstərib. Belə ki, prezidentin təsdiq reytinqini ilzləyən FiveThirtyEight vebsaytının bildirdiyinə görə, amerikalıların 49,7 faizi Baydenin gördüyü işi bəyənmir, 44,7 faizi isə bəyənir. Rəy sorğularına əsasən, ona dəstək artıq bir neçə müddətdir 50 faidən aşağıdır.

Bu, Demokratlar üçün pis göstəricidir, çünki ölkə 2022-ci ildə aralıq seçkilərə hazırlaşır. Vit Ayres “Aralıq seçkilər adətən, hazırkı administrasiya ilə bağlı referendumdur. Co Baydenin gördüyü işə dəstək 55 əvəzinə 35 faiz olarsa, bu, respublikaçılar üçün böyük fərq yaradar."

Ağ Ev COVID-19-a yoluxma hallarının artmasını qismən Respublikaçıların ictimai səhiyyə tədbirlərinə müqaviməti ilə əlaqələndirib. Buraya Respublikaçı qubernatorların Baydenin böyük şirkətlərin işçiləri, federal işçilər və podratçılara peyvənd və ya həftəlik test olmaq mandatını bloklaması da daxildir. Ağ Evin mətbuat katibi Cen Psaki: "Qubernator Abbotun ((Texas qubernatoru Qreg Abbot) mandatı qadağan edən əmri və bu səhər Desantisin ((Florida qubernatoru Ron Desantis)) mandatların həyata keçirilməsini qadağan etdiyini nəzərə alsaq, onların siyasəti xalqın sağlamlığından üstün tutduğunu görərik."

Sorğu keçirənlər deyirlər ki, seçicilər üçün kimin günahkar olduğu maraqlı deyil. Kris Cekson "Bir çox amerikalı COVID-in nəzarət altında olduğunu hiss etmir. Onları bunun niyə baş verdiyi də maraqlandırmır. Günün sonunda Bayden prezidentdir, Bayden də məsuliyyət daşıyır."

Bayden cümə axşamı yenidən peyvənd edilməmiş 66 milyon amerikalıdan peyvənd olunmalarını istəyib və müəssisələri peyvənd mandatlarını həyata keçirməyə çağırıb.

XS
SM
MD
LG