Accessibility links

İranda çərşənbə günü koronavirusdan daha 147 nəfər ölüb


İran çərşənbə günü yeni koronavirusdan daha 147 nəfərin öldüyünü və bununla ölkədə ölənlərin ümumi sayının 135-ə çatdığını bildirib.

İranda 17,361 təsdiqlənmiş yoluxma halları arasında ölüm hallarının təxminən 15 faiz artması ölkədə fevral ayının ortalarından ilk yoluxma haqda məlumat veriləndən bəri 24 saat ərzində ölüm hallarında ən böyük artımdır.

Yoluxma hallarınln sayının hər gün artmasına baxmayaraq, çərşənbə günü bazarlar hələ də müştərilərlə, yollar isə Novruz bayramı ərəfəsində şəhərlər arasında səfər edən ailələrin avtomobilləri ilə dolu olub.

İranın səhiyyə nazirinin müavini Əlireza Rəisi ictimaiyyəti səyahət və izdihamlı yerlərdən uzaq durmağa çağırıb. Dövlət televiziyası ilə verdiyi açıqlamasında Rəisi iranlılara qarşıdakı iki "qızıl həftənin" virusun daha çox yayılmasının qarşısını almaq üçün ən vacib zaman olduğunu deyib.

O, virusun çox ciddi olduğunu deyərək, insanları evdə qalmaq xəbərdarlığına əməl etmədiklərinə görə tənqid edib. "Bu ümumiyyətlə yaxşı vəziyyət deyil" - deyə, o bildirib.

Çərşənbə günü İran prezidenti Həsən Ruhani çox yavaş hərəkət etməkdə və hətta koronavirusun ölkə daxilində sürətlə yayılmasından əvvəl baş verənləri gizli saxlamaqda ittiham edilən rəsmiləri müdafiə edib.

Nazirlər Kabinetində etdiyi çıxışı zamanı Ruhani hökumətin xalqa qarşı dürüst olduğunu və fevralın 19-da öyrəndikdən dərhal sonra virusun yayılmasını açıqladığını deyib. "İnsanlara doğrunu dedik. Gecikdirmədik", Ruhani əlavə edib.

Bir neçə həftədir ki, hökumət rəsmiləri din xadimlərindən virusun yayılmasının qarşısını almaq üçün müqəddəs ziyarətgahları bağlamağı xahiş edi. Hökumət nəhayət bu həftə ziyarətgahların bağlanmasına nail olub.b

"Məscidləri və müqəddəs yerləri bağlamaq əlbəttə çətin idi, amma biz bunu etdik. Bunu etmək dini bir vəzifə idi" - deyə, Ruhani bildirib.

İran qarşıdan gələn üç həftə ərzində cümə namazları qılınan məscidləri də bağlayacağını bəyan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG