Accessibility links

İranda koronavirusdan 237 nəfər ölüb, 70 mindən çox məhbus müvəqqəti azad edilib


İranda koronavirusa artq 7161 insan yoluxub və 237 nəfər ölüb.

Bu rəqəmlərə son 24 saat ərzində 595 yeni infeksiya və 43 yeni ölüm halı daxil edilib. İran virusun ortaya çıxdığı Çindən sonra bu xəstəlikdən ölənlərin sayına görə ikinci yerdədir.

İran həbsxanalarında koronavirusun yayılması ilə mübarizə aparmaq üçün təxminən 70 min məhkum müvəqqəti azad edilib.
Prezident Həsən Ruhani çərşənbə günü koronavirusun İranın demək olar ki, bütün vilayətlərinə yayıldığını bildirib. "Bu, geniş yayılmış bir xəstəlikdir və demək olar ki, bütün vilayətlərə yayılıb. Bir mənalı olaraq qlobal bir xəstəlikdir" - deyə, o bildirib.
Cümə axşamı böyük şəhərlər arasında səfərləri məhdudlaşdırmaq üçün nəzarət-buraxılış məntəqələrinin quraşdırılacağı elan və böyük şəhərlərdə cümə namazlarını ləğv edilib.

İran rəsmiləri cümə günü şəhərlər arası səyahəti məhdudlaşdırmaq üçün “gücdən” istifadə edə biləcəkləri barədə xəbərdarlıq edib.

Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur virusun hazırda İranın 31 vilayətində mövcud olduğunu təsdiq edib.

Tehranda yanğınsöndürənlər şəhərin məşhur Valiəsr küçəsindəki 18 kilometrlik yolda yerləşən bankomatlar və mağazalara dezinfeksiyaedici sprey püskürdülüb.

XS
SM
MD
LG