Accessibility links

İran kürdləri İslam hökumətinin təzyiqlərinə məruz qalmaqda davam edir VIDEO


Iran kürdləri dəyişikliyə ümid edir
please wait

No media source currently available

0:00 0:03:16 0:00
Iran kürdləri dəyişikliyə ümid edir
please wait

No media source currently available

0:00 0:03:16 0:00


Artıq on illərdir ki, milyonlarla kürd İranın İslam hökumətindən haqlarını tələb edir. Onlardan çoxu həbsxanalara atılır, edam edilir. Lakin bu yaxınlarda Yaxın Şərqdə baş verən Ərəb inqilabları və İranın nüvə proqramının qarşını almaq üçün hərbi müdaxilələr barədə xəbərdarlıqlardan sonra İranda yaşayan kürdlər nəyinsə dəyişəcəyinə ümid edirlər.

Həvəskar video ilə kürd üsyançılarının İranın hərbi konvoyuna hücum etdiyi çəkilib. Bunlar İran hökumətinə qarşı mübarizə aparan PJAK təşkilatının üzvləridir. Rizan Cavid komandirlərdən biridir. “Biz kürdlərin hüquqlarının İranın mərkəzi hökuməti tərəfindən tapdalandığına inanırıq. Kürdlərin etnik mənsubiyyətləri məhv edilmiş və onlar Tehran tərəfindən diksriminasiya ilə üzləşirlər. Biz İranda yaşayan bütün xalqların azadlığı və ədalətin bərpası uğrunda mübarizə aparırıq.”

İran və Birləşmiş Ştatlar tərəfindən terrorçu qrupu elan edilən PJAK İrandakı silahlı kürdlərə himayədarlıq edir.

Sərhədə yaxın, İraq ərazilərindəki bazalardakı üsyançılarla İranın İnqilab Qvardiyası döyüşçüləri arasında vaxtaşırı qarşıdurmalar olur. Keçən il İran PJAK-ın qarşı atəşkəs barədə təklifini rədd etdi. Rizan Cavid: “Biz insanlar arasında bərabərlik tələb edirik. Biz heç vaxt nə İrandan ayrılmaq, nə də müxtariyyət istəmişik. Biz yalnız kürdlərin digər İran vətəndaşları kimi bərabərhüquqlu olmasını tələb edirlik.”

İran, İraq, Suriya və Türkiyə sərhədləri boyunca Kürdüstan yerləşir.

Hesablamalara görə İranda 12 milyon kürd yaşayır və onlardan çoxu ölkənin şimal-qərbində, İraqla sərhəd bölgəsində məskunlaşıb. Tehranın kürdlərin həyat tərzlərinin və tədrisin yaxşılaşdığını iddi etsə də, kürdlər bunun belə olmadığını deyirlər.

Kürdüstan Demokratik Partiyasının üzvü Kamran Balnour İranda həbs edilidiyini, dəfələrlə işgəncələrə məruz qaldığını və nəhayət ölkədən qaçdığını deyir. “Bəzən mən gecələr yuxudan ayılır və qışqırıram. Məni düz başa düşün, Bu mənim xatirimdə qalanların nəticəsidir. Mən yuxularımda həbsxanada olduğumu görürəm.”

1979-ci ildə İranda baş verən inqilabdan az sonra Ayətulla Xomeyni əsasən sünni olan kürdlərə qarşı müqəddəs müharibə elan etdi. Kürdlərin Peşmerqa döyüşçüləri İran hərbi qüvvələri tərəfindən məhv edildi. Minlərlə kürd kəndi yerlə yeksan edildi. Çox sayda kürd qətlə yetirildi.

İranda yaşayan kürdlər Suriya üsyançılarının Dəməşq hökumətinin devrilməsi üçün apardıqları mübarizəni izləyir. Bəziləri nüvə proqramı ilə bağlı Tehranla Qərb arasında hərbi qarşıdurmanın baş verəcəyinə ümid edir.
XS
SM
MD
LG