Accessibility links

İran regional gərginliyin artması fonunda Qərbin tənqid etdiyi proqram çərçivəsində orbitə peyk buraxıb


İran.
İran.

İran şənbə günü indiyədək ən yüksək orbitinə uğurlu bir şəkildə peyk buraxdığını bildirib. Bu, Qərbin Tehranın ballistik raketlərini təkmilləşdirməkdən qorxduğu proqram çərçivəsində ən son buraxılışdır.

Açıqlama Yaxın Şərqdə İsrailin Qəzza zolağında HƏMAS-a qarşı davam edən müharibəsi ilə əlaqədar gərginliyin artması fonunda və İran və Pakistanın bir-birinin ölkələrində hava zərbələri endirməsindən bir neçə gün sonraya təsadüf edir.

Dövlətə məxsus IRNA xəbər agentliyi bildirib ki, Soraya peyki üç mərhələli raketlə Yer kürəsindən 750 kilometr yüksəkdə orbitə yerləşdirilib. Agentlik peykin nə etdiyini dərhal etiraf etməyib.

Xəbərdə bildirilir ki, bu buraxılış İranın mülki kosmik proqramı ilə yanaşı, İran İnqilab Keşikçiləri Korpusunun fəza proqramının bir hissəsidir.

İranın peyki orbitə uğurlu bir şəkildə yerləşdirdiyi dərhal müstəqil bir şəkidlə təsdiqlənməyib.

Birləşmiş Ştatlar daha öncə İranın peykinin kosmosa göndərilməsinin BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olduğunu bildirib və Tehranı nüvə silahı daşıya bilən ballistik raketlərlə bağlı heç bir fəaliyyətlə məşğul olmamağa çağırıb. BMT-nin İranın ballistik raket proqramı ilə bağlı sanksiyalarının müddəti oktyabrda başa çatıb.

ABŞ-ın kəşfiyyat icmasının 2023-cü il üçün dünya miqyasında təhdid qiymətləndirməsində deyilir ki, peyk daşıyıcı aparatlarının inkişafı İranın qitələrarası ballistik raket hazırlaması üçün "vaxtını qısaldır", çünki o, oxşar texnologiyadan istifadə edir.

Forum

XS
SM
MD
LG