Accessibility links

İran lideri Çinlə əməkdaşlığa çağırıb


İranın ali dini lideri Ayətulla Əli Xameneyi Qərbə heç vaxt etibar etmədiyini deyərək, Çinlə iqtisadi və təhlükəsizlik əlaqələrinin daha da möhkəmlənməsinə çağırıb.

Keçən şənbə günü Çin prezidenti Çi Tsianpunla görüşü zamanı cənab Xameneyi deyib ki, Tehran əlaqələrini Çin kimi müstəqil ölkələrlə qurmağa çalışır, çünki iranlılar Qərbə etibar etmir.

Tehrannın nüvə proqramına görə qoyulan sanksiyaların qaldırılmasında böyük rolu olan cənab Çi İranla ən böyük ticarət əlaqələrinin tərəfdaşıdır.

XS
SM
MD
LG