İranın dövlət İRNA xəbər agentliyinin verdiyi məlumata görə, Semnan vilayətində daş kömür mədəninin çökməsi ilə iki mədənçi həlak olub, digəri isə xəsarət alıb.
Vali Əliəsgər Məcdə istinadən bildirilib ki, Əlborze- Şərqi mədəninin tunelləri günorta vatı çöküb.
Həmin mədəndə 95 şaxtaçı işləyirdi. O, yaralının vəziyyətinin yaxşı olduğunu desə də, qəzaya nəyin səbəb olduğu barədə məlumat verməyib.
2017-ci ilin may ayında Gülüstan vilayətinin Zemestanyurd mədənindəki partlayış 42 nəfərin həyatına son qoymuşdu.