Accessibility links

“İran mediasının tarixdə Xəzərin statusu ilə bağlı iddiaları əsassızdır.” [Audio-Müsahibə]


İranlı siyasi qruplar Xəzərin hüquqi statusu ilə bağlı əldə edilən razılığı tənqid edir və razılığın İranın “tarixi hüquqlarını” təmin etmədiyini irəli sürürlər. Amerikanın Səsinə danışan enerji eksperti Umud Şükri bu iddiaların əsassız olduğunu vurğulayır. Onun dediklərinə görə, bu iddialar siyasi maraqlara görə və ifrat milliyyətçi hissiyyatla ortaya çıxırlar.

Umud Şükri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:25 0:00

“Xəzərin hüquqi statusu ilə bağlı ixtilaflar daha çox dənizaltı qaynaqlar üzrə idi. Əsas məsələ bu idi ki, hansı ölkə daha rahat neft və təbii qaz çıxarıb və bazara göndərə bilər. Elə bu əsasda da bəzi ölkələr öz mənfəətlərinə görə, Xəzərin göl olduğunu, bəziləri isə dəniz olduğunu müdafiə edirdilər,” Umud Şükri bildirir.

Ekspert həmçinin ölkələrin Xəzərin təhlükəsizliyinə verdiyi əhəmiyyətdən bəhs edir.

Sovetlər dağıldıqdan sonra, iranlılar dedilər ki, Xəzərin 50 faizi bizimdir. Amma Rəfsəncani dönəmində, 1996-cı ildə Avropa ilə ciddi problemlər yaşayan İran Xəzərlə bağlı mövqeyini yumuşatmağa və Rusiyaya yaxın bir siyasət izləməyə başladı.

Xəzərin hüquqi statusu ilə bağlı 20 ildən artıqdır davam edən nəticəsiz müzakirələrə diqqət çəkən Şükrinin dediklərinə görə, “bu razılıq İranın gözündə böyük problem olan dənizaltı qaynaqlar məsələsini yenə həll etmir... Ölkələrə çatan pay hələ müəyyənləşməyib. Görüşmələrin davamında bəlkə bir nəticəyə çatarlar.”

Umud Şükri razılığın daha çox Rusiya, Azərbaycan, Qazaxstan və Türkmənistanın xeyrinə olduğunu deyir:

“Bu razılıq Türkmənistanın işinə çox yarayacaq. Daha əvvəl Türkmənistan əlindəki təbii qazı Xəzərin altında Azərbaycana və oradan Avropaya göndərə bilmirdi. İndiki anlaşmaya görə Xəzərin altından boru keçirilə biləcək. Bu həm Türkmənistanın, həm Qazaxıtanın və nəticədə Azərbaycanın da xeyrinə olacaq... İranın da bu razılıqda təhlükəsizlik qayğıları baxımından maraqları təmin olunub.”

Farsdilli mediada İran və Sovet İttifaqi arasındakı anlaşmalarda hər iki ölkənin Xəzərdə 50 faiz hüquq sahibi olduğu irəli sürülüb.

Umud Şükri bu iddianın əsassız olduğunu vurğulayır:

Bu razılıqda İranın da təhlükəsizlik qayğıları baxımından maraqları təmin olunub.

“Sovetlər dağılmadan əvvəl hər iki ölkə Xəzərdən faydalanırdı, amma arada faiz filan yox idi... Sovetlər dağıldıqdan sonra iranlılar dedilər ki, Xəzərin 50 faizi bizimdir. Amma Rəfsəncani dönəmində, 1996-cı ildə Avropa ilə ciddi problemlər yaşayan İran Xəzərlə bağlı mövqeyini yumşaltmağa və Rusiyaya yaxın bir siyasət izləməyə başladı.”

Enerji eksperti əlavə edir, “sosial mediadakı təpkilərin əksəriyyətində aşırı milliyyətçilik duyğularını görə bilirik... İranın cənubunda Güney Pars sahəsində illərdir ki, Qətər İranın ən az 7-8 qatı neft və təbii qaz çıxarır. İran 28-29 ortaq sahələrinin hamısında durum belədir. Onlarda da ikinci ölkə İranın payını aparır. Amma Xəzərdə İranın bir şeyi yoxdur ki, getsin.”

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG