Accessibility links

İran ABŞ-la məhbus mübadiləsi barədə danışıqlar apardığını deyir


İran iyulun 13-də ABŞ rəsmilərinin Vaşinqtonun həbs edilən vətəndaşlarını sərbəst buraxmağa çalışdığını deməsidən bir neçə gün sonra ABŞ ilə məhbum mübadiləsi barədə danışıqlar apardığını bildirib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli ötən həftə ABŞ prezidenti Co Baydenin İranda həbsdə olan bütün amerikalıların sərbəst buraxılmasında israr etdiyini və "qismən razılaşma" qəbul etməyəcəyini deyib.

Melli İslam respublikasında tutulan amerikalıların sərbəst buraxılmasını "prioritet" adlandırıb və İranla danışıqların "bir qədər irəlilədiyini" qeyd edib. Bu barədə NBC News xəbər yayıb.

İran hökumətinin sözçüsü Əli Rabieyi danışıqları təsdiqləyib və Tehranın bütün iranlı məhbusların sərbəst buraxılmasına çağırdığını deyib.
"Bu danışıqlar davam edir və hər hansı bir məqbul nəticə əldə edilərsə, açıqlanacaq" - deyə, Rabieyi yarı-rəsmi ISNA xəbər agentliyinə bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyulun 12-də Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin "bütün iranlı və amerikalı məhbusların mübadilə planını hazırladığını" deyib.

İran hüquq müdafiəçiləri və digərlərinin Tehranın digər ölkələrdən güzəştlər əldə etmək üçün məhbuslardan istifadə etdiyinə dair ittihamları fonunda bir neçə iranlı amerikalı da daxil olmaqla, bir sıra ikili vətəndaşlığı olanları saxlayır.

İran və ABŞ 2020-ci ilin iyun ayında Vaşinqtonun ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu üçün tutulan iranlı alim Məcid Taherini sərbəst buraxması və Tehranın 13 il həbs cəzası almış ABŞ Dəniz Qüvvələri veteranı Maykl Vaytıazad etməsi də daxil olmaqla, məhbus mübadiləsi aparmışdılar. Onun həbs olunma səbəbi kimi İranın Ali ruhani lideri Ayətullah Əli Xameneyini təhqir etdiyi və internetdə özəl məlumatlar yerləşdirdiyi göstərilmişdi.

XS
SM
MD
LG