İranın silahlı qüvvələri İran körfəzi və Hörmüz boğazında təhlükəsiliklə əlaqədar hərbi təlimlərə başlayb.
Elitar İnqilabi Qvardiyanın hərbi dəniz qüvvələri məsafədən ifadə olunan yeni radardan yayına və düşmən gəmilərini məhv edə bilən qayığın müvəffəqiyyətlə sınaqdan keçirildiyini bildirib.
İran bildirir ki, bu gün başlayan təlimlərdə raket daşıyan yüksək sürətli 300-dən artıq hərbi qayıq və raketlər iştirak edir.
Dünya neftinin 40 faizi Hörmüz boğazı vasitəsilə nəql edilir. İran hücuma məruz qaldığı halda, Hörmüz boğazını bağlayacağını bildirib.
Hərbi təlimlər İranla qərb ölkələri arasında gərginliyin artdığı vaxt keçirilir.
ABŞ Müdafiə nazirliyinin rəsmiləri Vaşinqtonun diplomatiya və sanksiyaların İranın nüvə proqramını dayandırmasına çalışdığı bir vaxt İrana qarşı hərbi müdaxiləvariantının istisna edilmədiyini bildirir.