Accessibility links

“Ruhaninin azlıqlara verdiyi sözlər boş çıxdı”


Beynəlxalq Azlıqların Haqları Qrupu (MRG), Mülki Hüquqlar Üçün Atəşkəs Mərkəzi (Ceasefire) və İnsan Haqları Dəstəkləyicələri Mərkəzi İranda azlıq cəmiyyətlərin üzləşdiyi çətinliklər və basqılara dair birgə ətraflı hesabat yayımlayıb.

48 səhifəlik sənəd “Ruhaninin İran azlıqlarına verdiyi sözlər boş çıxdı” başlıqlı bir açıqlama ilə birlikdə MRG-nin rəsmi veb səhifəsində yerləşdirilib.

İranın dini və etnik azlıqları inancları və kimlikləri üzündən aşağılanır, həbs edilir və hətta ölümlə cəzalandırılırlar.

Açıqlamaya görə, “2013-cü ildə Həsən Ruhaninin prezident seçilməsindən bəri, razı salmaq yönündə göstərilən məhdud jestlərə baxmayaraq, dini və etnik azlıqlar inancları və kimlikləri üzündən aşağılanıb, həbs edilib və hətta ölümlə cəzalandırılıblar.”

Sənəddə İranın ərəb, türk, bəhayi, bəluç, xristian, yəhudi, kürd, sufi (dərviş), ələvi, mandayi və zərdüşt kimi etnik və dini cəmiyyətlərin tarix və mədəniyyətləri ilə bağlı qısa məlumat verilərək, məruz qaldıqları ayrı-seçkiliklər və basqılara diqqət çəkilib.

Hesabatda İran Azərbaycanı və digər qeyri-fars cəmiyyətlərin yaşadığı vilayətlərdə yoxsulluq, siyasi məhbusların sayı, həyata keçirilən edam hökmləri və bu kimi mövzulara yer verilib.

Siyamək Mirzayi, siyasi məhbus
Siyamək Mirzayi, siyasi məhbus

Fərdi hekayələrin də yer aldığı 48 səhifəlik hesabatda tanınmış türk fəal və hazırda Tehranın Evin həbsxanasında saxlanılan Siyamək Mirzayinin daha əvvəl keçirdiyi aclıq aksiyası və İnqilab Məhkəməsinin prokuroruna ünvanladığı açıq məktuba işarə olunub.

XS
SM
MD
LG