Accessibility links

İran seçkiləri: namizədlər və elektoratın gözləntiləri


İran seçkiləri - namizədlər
please wait

No media source currently available

0:00 0:02:22 0:00

İran seçkiləri - namizədlər

İranda iyunun 14-də prezident seçkilərində altı namizəd arasında rəqabət aparılacaq. Namizədliyi Nəzarət Şurasındakı din xadimləri tərəfindən təsdiq edilmiş siyasətçilər yaşı 50-dən yuxarı olan kişilərdir.

Təhlilçilərin fikrincə, İran prezident seçkilərində əsas favorit Səid Cəlilidir. Nüvə danışıqlarında İranın keçmiş baş müzakirəçisi Qərbə münasibətdə sərt mövqe tutan siyasətçi kimi imicə malikdir.

Səid Cəlili: “Biz islamın bütün dünyada nüfuzunu artırmalı və hegemon qüvvələrə müqavimət göstərməliyik.”

Cəlilini bəzən “yumşaq davaranışlı” adam adlandırırlar. O əsas etibarilə mühafizəkarlardan ibarət olan namizədlərin önündə gedir. Bəzi namizədlər elə ilk debatda uğursuz çıxış etdi.

Yarışlardan artıq çıxmış 61 yaşlı Məhəmməd Reza Aref islahatçı namizəd kimi hesab edilirdi.

ABŞ-ın keçmiş səfiri Dennis Ross namizədlərdən heç birinin ümumi standartlardan kənara çıxmadığını deyir. “Tamamilə aydındır ki, ali dini rəhbər onu imtahana çəkəcək bir nəfərin olmasını istəmir. O, onun siyasətini idarə edəcək, mübahisələrdən kənar duracaq bir nəfərin prezident olmasını istəyir.”

Bu, ali dini rəhbər Ayətullah Xameneyini sınağa çəkən və BMT zallarında Qərb əleyhinə ritorikası ilə tanınan prezident Mahmud Əhmədinejadla kəskin təzad təşkil edir.
Namizədlərin qeyri-parlaq kampaniyaları zamanı dövlət televiziyasında onların ruhlanmış tərəfdarları ilə görüşü və İranın tənəzzüldə olan iqtisadiyyatı ilə bağlı qeyri-müəyyən açıqlamalar verməsi nümayiş etdirilirdi.

Möhsen Resayi:
”Biz vergilərin sizin biznesinə mane olacaq bir səviyyəyə qalxmasına imkan verməyəcəyik.”


Bu, isə 2009-cu il seçkiləri zamanı hazırda ev dustağı olan islahatçı namizəd Mir Hüseyn Musəvinin tərəfdarlarının ona dəstək nümayiş etdirmək üçün stadionlar və küçələrə çıxdığı dövrdən fərqlidir.

Dennis Rossun fikrincə, bu da fərqli düşüncəli seçiciləri nəzarətdə saxlamaq istəyi ilə izah edilə bilər: “O, seçici fəallığını nəzarətdə saxlamaq istəyir, marağın artmasını arzu etmir.”

Seçkiyə artıq bir neçə gün qalır və siyasətdən illərdir uzaq olan bir neçə maraqsız namizədin qalması iranlılara bu seçkidə böyük dəyişikliklərin olacağına çox az ümid verir.
XS
SM
MD
LG