Müvəqqəti azadlığa buraxıldıqdan üç gün sonra əslən iranlı Britaniya vətəndaşı bazar günü rəsmilər onun azadlığa buraxılış müddətini uzatmadıqlarına görə Tehran həbsxanasına dönub.
Thomson Reuters fonduna işləyən Nazənin Zəqari-Ratklif 2016-cı ilin əvvəlində ailəsini ziyarət etdikdən sonra qızı ilə Britaniyaya qayıtmağa cəhd edərkən Tehran hava limanında həbs edildikdən bəri məhbəsdə saxlanılır.
İranda dünyaya gələn Zəqari-Ratklif Britaniya vətəndaşı ilə evlidir və onun ikili vətəndaşlığı var. Nazənin İran rejimini devirməkdə təqsirli bilinərək beş il həbs cəzasına məhkum edilib.
İranın Britaniyadakı səfiri Həmid Baedinicadın tweet-inə görə ötən həftə ailəsinə qovuşmaq üçün o üç günlük azadlığa buraxılıb.
Ailə üzvləri və onu dəstəkləyənlər ümid edirdi ki, onun müvəqqəti azadlığa buraxılma müddəti uzadılsın və ya Nazənin həmişəlik azadlığa buraxılsın.
Lakin onun həyat yoldaşı Riçard Ratklif bazar günü deyib ki, Zəqari-Ratklifin daha çox müddət azadlıqdan qala bilməsi ilə bağlı İran rəsmilərindən gələn qarışıq mesajlardan sonra o Evin məhbəsinə qayıtmalı olub.
Ratklif deyib ki, onun həyat yoldaşı könüllü olaraq həbsxanaya qayıdıb.
Britaniya xarici işlər naziri Ceremi Hant tweeter-də yazıb ki, o Zəqari-Ratklifin azadlığa buraxılması üçün ötən həftə İranın xarici işlər naziri Cavad Zəriflə danışıb. Amma görünür bu kifayət etməyib.