Accessibility links

İran neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə çıxarmağı planlaşdırır


İranın OPEC-dəki nümayəndəsi Mehdi Asali bildirib ki, onun ölkəsi neft istehsalını sanksiyalardan əvvəlki səviyyəyə çıxarmağı planlaşdırır.

Bu açıqlama Tehranda İran, İraq və Venesuelanın enerji nazirlərinin neft qiymətlərinin düşməsinin qarşısını almaq üçün hasilatın dondurulması barədə təklifi müzakirə etməsindən əvvəl verilib.

Rusiya və OPEC üzvləri olan Səudiyyə Ərəbistanı, Venesuela və Qətər neft hasilatını yanvar ayı səviyyəsində saxlamaq haqda razılığa gəlib.

Səudiyyə Ərəbistanının enerji naziri Əli Əl-Naimi bildirib ki, hasil ediləcək neftin miqdarı adekvatdır. Lakin o qeyd edib ki, razılaşma yalnız yüksək həcmdə neft istehsal edən digər ölkələrin onu imzaladığı təqdirdə faydalı olacaq.

Hasilatın dondurulması Səudiyyə Ərəbistanının neft siyasətində ciddi dəyişiklik deməkdir. Neft qiymətlərinin aylardır kəskin endiyi şəraitdə Riyad istehsalın azaldılmasını rədd etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG