Accessibility links

İran daha bir neft tankerini ələ keçirib


İran İslam İnqilab Qvardiyasının Fars körfəzində neft tankerini tutduğu xəbər verilir.

Bu barədə avqustun 4-də İranın dövlət informasiya vasitələri məlumat yayıb.

Məlumatda bildirilir ki, tanker ərəb ölkələrinə qaçaq yanacaq aparırmış.

İRNA agentliyinin məlumatına görə, tanker koordinasiya və məhkəmə orqanlarının orderindən sonra saxlanıb.

İran ötən ay Britaniya bayrağı altında üzən neft tankerini də saxlayıb. İran hakimiyyəti tankerin dəniz qaydalarını pozduğunu iddia edir.

İranın Fars xəbər agentliyinin şənbə verdiyi məlumata görə, İran Hörmüz boğazında ələ keçirdiyi Britaniyaya məxsus neft tankerini Bəndər Abbas limanına aparıb və gəmi ilə bağlı istintaq aparılanadək tanker və onun ekpiaj üzvləri limanda saxlanacaq.

Xəbər agentliyiHörmüzgan vilayətində Limanlar və Dəniz Təşkilatının rəhbəri Allahmurad Afifipura istinadən bildirib ki, Stena Impero İranın balıqçı qayığı ilə toqquşub və o qayığın xəbərdarlıqlarına əhəmiyyət verməyib.

XS
SM
MD
LG