Accessibility links

İranda nəzarət altında olan 3 Amerika vətəndaşının azad edilməsinə cağırılır


ABŞ-ın Nümayəndələr Palatası bəyanat qəbul edib

ABŞ-ın Nümayəndələr Palatası İranda nəzarət altında olan 3 Amerika vətəndaşının azad edilməsi cağırışı ilə bəyanat qəbul edib. Sənəd dünən gecə 391-0 səslə təsdiq edilib.

Bəyanatda Washington Post-un müxbiri Ceyson Rezaian, keşiş Səid Abedini və Əmir Hekmətinin azadlığa buraxılması tələb edilir.

Sənəddə 2007-ci ildən itkin düşən Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq agenti Robert Levinson barədə məlumat verilməsi istənilib.

Rezaiani ötən ilə casusluq ittihamı, Abedini 2012-ci ildə xristianlığın təbliği, Hekməti isə 2011-ci ildə nənəsini ziyarət etmək üçün İrana səfər etdikdən sonra casusluq ittihamı ilə həbs edilib. Hekmətiyə qarşı ilk əvvəl ölüm cəzası çıxarılıb və daha sonra 10 il müddətinə azadlıqdan məhrumiyyət hökmü verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG