New York Times qəzetinin yazdığına görə ABŞ və İsrailin İranın nüvə proqramını sabotaj etmək planları nəticəsində ölkənin beşinci nüvə sentrifuqası qapadılıb. Qəzet adlarının açıqlanmadığı kəşfiyyat və hərbi ekspertlərə istinadən yazır ki, lahiyə İranın nüvə silahları istehsal etməsini ləngidə bilib. Qəzetə əsasən, həm Birləşmiş Ştatlar, həm İsrail iki il ərzində İranda kompyuterləri sıradan çıxaran dağıdıcı kopyuter virusu yarada biliblər. New York Times yazır ki, İsrail ilk dəfə Stuxnet virusundan İranın nüvə obyetklərinə oxşar özünün nüvə zənginləşdirən sentrifuqalarında istifadə edib.