İran nüvə proqramını dayandırması ilə bağlı beynəlxalq təzyiqlərə baxmayaraq uran zənginləşdirilən yeni zavodun inşasına başlaya bilər.
Iranın İLNA xəbər agentliyinin verdiyi məlumata görə, prezident Mahmud Əhmədinejad zavod üçün seçilmiş yeri təsdiq edib. Agentlik prezidentin baş müşaviri Moctəba Səmareh Haşemiyə istinadən bildirib ki, tikinti işləri prezidentin göstərişi ilə başlayacaq.
Birləşmiş Ştatlar mübahisəli nüvə proqramı ilə əlaqədar İrana qarşı BMT sanksiyalarının dürdüncü paketinin qəbul edilməsi səylərinə başçılıq edir.