Accessibility links

İranın ABŞ-a çatacaq raket istehsal etməsi üçün 10 ildən artıq vaxt lazımdır


Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar institutu bildirir ki, İran ballistik raketlərin inkişaf etdirilməsi üçün böyük səy göstərir

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar institutu bildirir ki, İranın ABŞ-ın şərq sahilinə çata biləcək raket istehsal edə bilməsi üçün 10 ildən artıq vaxt lazımdır.

Qrupun bildirdiyinə görə, İran ballistik raketlərin inkişaf etdirilməsi üçün böyük səy göstərir və belə görünür, raket proqramı İranın nüvə qabiliyyətlərini genişləndirilməsi ilə bağlıdır.

Qrup İranın öz sərhədlərindən çox uzaqlara çata biləcək raket istehsal etmək qabiliyyətinə malik olmağa çalışdığını bildirir.

İnstitut İranın raket qabiliyyətlərinə dair hesabatını bu gün açıqlayıb.

Burada həmçinin İranın Avropa üçün yaratdığı potensial hədələr araşdırılır.

XS
SM
MD
LG