İran Beynəlxalq Atom Enerjisi agentliyini Tehranın nüvə fəaliyyətlərinin monitorinqi məqsədilə ölkəyə öz müfəttişlərilə bərabər casuslar göndərməkdə ittiham edib. İranın dövlət televiziyası Kəşfiyyat naziri Heydər Moslehiyə istinadən xəbər verib ki, BMT-nin nüvə agentliyi xarici kəşfiyyat agentliklərinin casuslarını ölkəyə göndərir və agentlik buna görə məsuliyyət daşımalıdır. O hansı müfəttişlərin casus olduğu barədə bir söz deməyərək, detallara varmayıb. Bu həftənin əvvəli kəşfiyyat naziri BMT-ni Tehranda nüvə fizikinin ölümü və başqa bir adamın yaralanması ilə nəticələnmiş bomba hücumunda əli olmaqda ittiham etmişdi. Moslehi ABŞ, Britaniya və İsrailin kəşfiyyat agentliklərinin hadisədə əli olduğunu bildirib.
İran BMT-nin nüvə agentliyini ölkəyə casuslar göndərməkdə ittiham edir
- Amerikanın səsi
