İran Körfəzdəki ərəb liderlərin Tehranın nüvə proqramı ilə bağlı narahatlıqlarını bildirdiyinə dair açıqlamalar aşkar olandan sonra qonşularını onlar üçün təhlükə olmadığına əmin etməyə çalışır. Bu gün Bəhreyndə Körfəzdə Təhlükəsizliyə dair konfransda çıxış edən İran Xarici İşlər naziri Mənuçehr Möttəki deyib ki, daha güclü İrandan qorxmaq lazım deyil. O bildirib ki, İranın regionda gücü onların da gücü deməkdir. Qərb ölkələri İranı nüvə silahı istehsalı üçün texnologiyalar üzərində işləməkdə ittiham edir. İran bu iddiaları rədd edir.