Accessibility links

Ban Ki Mun İranı nüvə fəaliyyətlərinin məqsədlərinə aydınlıq gətirməyə çağırır


BMT Baş katibi deyib ki, Tehranın mübahisədə tutduğu mövqeyi ona etibarın ciddi şəkildə azalmasına gətirib çıxarıb

BMT-nin Baş katibi deyib ki, İran nüvə proqramının təhlükə yaratmadığını nümayiş etdirmək üçün daha çox iş görməlidir.

BMT Baş katibi Ban Ki Mun İranı nüvə fəaliyyətlərində məqsədlərinə aydınlıq gətirməyə çağıraraq deyib ki, Tehranın mübahisədə mövqeyi ona etibarın ciddi şəkildə azalmasına gətirib çıxarıb. Braziliyada danışan baş katib Braziliya və Türkiyənin İranla mümkün razılığın əldə edilməsində vasitəçilik səylərini alqışlayıb.

Almaniya kansleri Angela Merkel də İranı tənqid edərək deyib ki, Almaniya yeni sanksiyaları dəstəkləməyə davam edəcək, çünki İran şəffaflıq nümayiş etdirmir.

XS
SM
MD
LG