Accessibility links

İran nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu bildirir



İran ABŞ-ın ünvə proqramı ilə əlaqədar birbaşa danışıqlar təklifini qəbul etməyə hazır olduğunu və müzakirələrin bu ayın sonu bərpa ediləcəyini gözlədiyini bidirir.

İranın Xarici İşlər naziri Əli Əkbər Salehi dünyanın altı qüdrətli dövləti- ABŞ, Çin, Rusiya, Britaniya, Fransa və Almaniyanın danışıqları fevralın 25-də Qazaxıstanda bərpa edilməsini planlaşdırdığını deyərək, bunu yaxşı xəbər adlandırıb.

Əli Əkbər Salehi ABŞ prezidenti Co Baydenin Tehran müzakirələr məsələsində ciddi olduğu təqdirdə Vaşinqtonun İranla birbaşa danışıqlara hazır olması ilə bağlı açıqlamasını “irəliyə doğru addım” kimi qarşılayıb. İran xarici işlər naziri bu açıqlamaları Münhendə təhlükəsizliyə dair beynəlxalq konfrans zamanı verib.


Dünya qüdrətlərinin səylərini uzlaşdıran Avropa İttifaqının xairici siyasət idarəsini başçısı Ketrin Eştonun sözçüsü Maya Kosyançiç onun danışıqların Qazaxıstanda keçirilməsini təklif etdiyini bu həftə təsdiq edib. Maya Kosyançiç İran tərəfin də bunu təsdiq edəcəyinə ümid bəslədiyini bildirib.

Avropa İttifaqı rəsmiləri İranı yeni danışıqların tarixi və yeri ilə bağlı həftələrdir sürən müzakirələri gecikdirmək taktikası işlətməkdə günahlandırır.
XS
SM
MD
LG