Accessibility links

BMT-nin nüvə agentliyinin direktoru Yukiya Amano İranda səfərdədir


BMT-nin nüvə agentliyinin direktoru Yukiya Amano danışıqların növbəti mərhələsi kimi dünya qüdrətlərinin İranın nüvə proqramına dair suallarını ünvanlamaq üçün İrandadır.

Onun Tehranda rəsmilərlə görüşü İran və Qərb ölkələri arasında İranın nüvə silahı istehsal etməməsinə əmin olmaq üçün aparılan müstəqil danışıqlardan bir gün sonra keçirilib.

Vyananı tərk etməzdən əvvəl Yukiya Amano BMT-nin əməkdaşlığı möhkəmləndirmək üçün ötən ay İranın təklifi üzərində işlədiyini deyib.

İranla dünyanın altı qüdrətli dövləti arasında bir neçə gün davam edən danışıqlar bazar günü Fransanın təklif edilmiş razılığın İranın nüvə səylərinin qarşısını almaq üçün kifayət etmədiyini deməsindən sonra nəticə əldə edilmədən başa çatıb.

ABŞ dDvlət katibi Con Kerri NBC televiziya kanalına müsahibədə Obama administrasiyasının İranla əverişli bir razılıq əldə edilməsi məsləsində əzmli olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG