Accessibility links

Xameneyi Tehranın nüvə məqsədlərindən geri çəkilməyəcəyini deyib


Dünyanın altı qüdrətli dövləti və İran rəsmilərinin Cenevrədə görüşdüyü bir vaxt İranın ali ruhani lideri Tehranın nüvə məqsədlərindən geri çəkilməyəcəyini deyib.

Ayətullah Xameneyi Tehranda çıxışı zamanı vasitəçilər üçün "qırmızı xətt" qoyduğunu . O eyni zamanda, ABŞ da daxil olmaqla bütün ölkələrlə dost münasibətlər qurmaq istədiyini deyib.

ABŞ prezidenti Barak Obama qanunvericilərdən Tehrana qarşı yeni sanksiyaların tətbiqini müvəqqəti olaraq dayanadırmasını istəyib. O, islam respublikasının Qərblə razılığın əldə edilməsi məsələsində ciddi olub-olmadığını müəyyən etməyin vacib olduğunu deyib.

Lakin cənab Obama danışıqların sonuncu raundundan sonra razılığın əldə edilə bilməyəcəyini deyib.

Bu arada, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin YouTube-da Tehranın uran zənginləşdirməsi hüququ olduğunu bildirdiyi video yayılıb.
XS
SM
MD
LG