Accessibility links

İranın nüvə proqramına dair danışıqlar davam edir


İranın nüvə proqramına dair razılığın əldə edilməsi üçün nəzərdə tutulmuş müddət başa çatmaq üzrə olduğu bir vaxt İran və dünya qüdrətlərindən ibarət altı ölkəsinin nümayəndələri dəyirmi masa arxasında daha artıq danışıqlar keçirir.

Omanda keçirilən görüş İranın xarici işlər naziri Cavad Zəriflə ABŞ Dövlət katibi Con Kerri və Avropa İttifaqının nümayəndəsi Ketrin Eşton arasında heç bir mühüm nailiyyət əldə edilməyən iki günlük görüşün davamıdır.

Altı aylıq müzakirə müddətini noyabrın 24-nədək uzatmaq qərarına gələn tərəflər bir ilə yaxındır hərtərəfli və davamlı razılıq əldə edilməsinə çalışır.

ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya İranın nüvə obyektlərindən silah istehsalı üçün istifadə etmədiyini sübut etməsini istəyir. İran isə ona tətbiq edilmiş iqtisadi sanksiyaların aradan qaldırılmasına çalışır.

Digər bir xəbərdə Rusiya və İranın Buşeher nüvə obyektində Rusiya tərəfindən inşa edilmiş əlavə iki nüvə reaktorunun tikilməsinə dair razılıq əldə edildiyi deyilir.

İki ölkənin nümayəndələri tərəfindən Moskvada imzalanan müqaviləyə eyin zamanda əlavə bir neçə nüvə reaktorunun tikilməsinin mümkünlüyü də daxildir.

Razılıq Beynəlxalq Nüvə Enerji agentliyi tərəfindən təsdiqlənməli və nəzarət edilməlidir.

XS
SM
MD
LG