Accessibility links

İran Qərbə nüvə məlumatları ötürən “casusu” həbsə məhkum edib


İranın Arak şəhəri yaxınılığında nüvə obyekti
İranın Arak şəhəri yaxınılığında nüvə obyekti

İran Birləşmiş Ştatlar və Avropa ölkələrinə Tehranın nüvə proqramı ilə bağlı məlumatları satan adının açıqlanmadığı şəxsi 6 il müddətinə həbsə məhkum edib. Bu haqda İranın Ədliyyə nazirliyinin veb səhifəsində yerləşdirilmiş məlumatda bildirilir.

Tehranın prokuroru Abbas Cəfəri Dolatabadinin Ədliyyə nazirliyinin Mizan internet dərgisinə verdiyi məlumata əsasən, həbsə məhkum edilmiş şəxs ABŞ və Avropanın agentləri ilə doqquz dəfə görüşərək, onlara “sanksiyalar və nüvə fəaliyyətlərinə dair” başqa məlumatlar ötürüb. Onun bildirdiyinə görə, həmin şəxs bunun müqabilində dəyəri göstərilməyən miqdarda pul alıb.

“Həmin şəxs 6 il müddətinə həbsə məhkum olunub və maliyyənin qaytarılması və müsadirə edilməsi cəzası alıb”, Dolatabadi bildirib.

Dolatabadi dekabr ayında bildirib ki, İranın Ali Məhkəməsi İsrailə İranın nüvə alimlərinə qarşı sui-qəsd keçirməyə kömək etmək üçün informasiya ötürdüyünə görə məhkum olmuş İsveçdə yaşayan iranlı alimin ölüm cəzasını qüvvədə saxlayıb.

2010-2014-cü illər ərzində azı dörd alim qətlə yetirilib. Tehran bunun nüvə enerjisi inkilşaf etmək səylərinə qarşı təxribat olduğunu bildirib.

Qərb qüdrətləri və İsrail İranın nüvə bombası istehsal etməyə çalışdığını bildirib, rəsmi Tehran isə bu iddianı rədd edib.

XS
SM
MD
LG