Accessibility links

İran və dünya qüdrətləri BMT-də nüvə danışıqları keçirəcək



Avropa İttifaqının xarici siyasət şöbəsinin müdiri Ketrin Eşton İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə İranın nüvə proqramı ətrafında bu həftə sonu keçiriləcək danışıqlarda iştirak edəcəyini bildirib.

Ketrin Eşton BMT-nin Baş Assambleyasının Nyu-Yorkda illik sessiyasının başlamasından öncə bu gün Məhəmməd Cavad Zərif və Britaniya və Fransanın xarici işlər nazirləri ilə görüşdən sonra açıqlama verib.

İranın Fars xəbər agentliyinin verdiyi məlumata əsasən, dünya qüdrətləri ilə nüvə danışıqlarını mötədil siyasətçi olan Zərif aparacaq. Ondan öncə 2007-ci ildən başlayaraq nüvə danışıqları mühafizəkar siyasətçi Səid Cəlili tərəfindən aparılırdı. Iran-İraq müharibəsi veteranı olan Səid Cəlili Qərb ölkələri tərəfindən güzəştə getməyən ideoloq kimi qəbul edilirdi.
XS
SM
MD
LG