Accessibility links

İranın nüvə proqramı ilə bağlı danışıqlar razılıq olmadan başa çatıb




İran və dünyanın qüdrətli ölkələri arasında Cenevrədə keçirilən danışıqlar razılıq əldə edilmədən başa çatıb. Tərəflər müzakirələri davam etdirəcək.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif üç gün sürən danışıqların yaxşı keçdiyini və tərəflərə müzakirələrin davam etdirilməsi üçün bir əsas verdiyini bildirib. O, noyabrın 20-də davam etdiriləcək danışıqlar zamanı razılığın əldə edilə biləcəyi ilə bağlı ümidini ifadə edib.

Britaniyanın Xarici İşlər anziri Vilyam Heyq Britaniya televiziyasına müsahibə zamanı İranın nüvə proqramı ilə bağlı razılığın yaxın zamanda əldə edilməsinin mümkün olduğunu və prosesin bir neçə həftə ərzində yekunlaşdırıla biləcəyini bildirib.

İran prezidenti Həsən Ruhani Tehranda çıxışı zamanı deyib ki, İran ölkənin özündə uran zənginləşdirilməsi də daxil olmaqla, nüvə proqramını inkişaf etdirmək hüququndan imtina etməyəcək.

ABŞ Dövlət katibi Con Kerri Cenevrədə mətbuat konfransında bildirib ki, tərəflərin razlığın əldə edilməsinə danışıqlar başlanandan indi daha yaxın olduğu ilə bağlı heç bir sual yoxdur. Lakin o, diplomatik vasitələrin tükənə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Avropa İttifaqının xarici siyasət idarəsinin başçısı Ketrin Eşton isə danışıqlarda müəyyən inkişafa nail olunduğunu, lakin fikir ayrılıqlarının hələ də qaldığını bildirib.
XS
SM
MD
LG