Accessibility links

ABŞ İranla nüvə danışıqlarının müəyyən edilmiş vaxta qədər başa çatacağına söz vermir


ABŞ-ın nüvə danışıqlarında baş müzakirəçisi İranla sazişin müəyyən edilmiş vaxta qədər əldə ediləcəyinə dair söz verməyib. Senatın Xarici Əlaqələr Komitəsində dinləmələrdə danışan Dövlət katibinin yardımçısı Vendi Şerman Şerman gələn dörd ay ərzində əhatəli razılığın əldə edilməsi yollarının araşdırılacağını deyib.

O bildirib ki, ABŞ öhdəliklərə əməl olunmasını monitorinq edib yoxlayacaq. Onun sözlərinə görə, danışıqlarda əsas məqsəd İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək bir razılığın əldə edilməsidir.

Birləşmiş Ştatlar və onun müttəfiqləri iyulun 20-i müəyyən edilmiş vaxta qədər razılığın əldə edilməsinin mümkün olmadığı aydın oduqdan sonra İranla danışıqların noyabrın 24-ə qədər uzadılmasına razı olub.

Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ keçən il noyabr ayında uran zənginləşdirilməsi proqramının məhdudlaşdırılması müqabilində sanksyiaların yüngülləşdirilməsi haqda razılıq əldə etmişdi.

Tərəflər uzun müddətli razılığın əldə edilməsi üçün işin davam etdirilməsinə razı olmuşdu.

Birləşmiş Ştatlar İranı nüvə silahı istehsal etməyə çalışmaqda ittiham edir. İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyinə təkid edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG