Accessibility links

İranın nüvə proqramına dair danışıqlar cümə gününə qədər davam etdiriləcək


İran və dünyanın altı qüdrətli dövləti arasında nüvə razılaşmasının əldə edilməsi məqsədilə aparılan danışıqların müddəti cümə gününə qədər uzadılıb. “Biz hər bir sahədə mühüm inkişafa nail olmuşuq, lakin bu, olduqca texniki bir işdir və cəlb olunmuş ölkələrin hamısı üçün olduqca mühümdür”-deyə ABŞ-ın danışıqlarda nümayəndə heyətinin sözçüsü Meri Harf bildirib.

Dövlət Departamentinin nümayəndəsi Meri Harf
Dövlət Departamentinin nümayəndəsi Meri Harf

“Bizi əslində, vaxt deyil, daha çox razılaşmanın keyfiyyəti maraqlandırır”-deyə Meri Harfın bəyanatında bildirilir.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini da bundan öncə verdiyi bəyanatda bildirib ki, ərəflr razılaşmanın əldə edilməsi üçün qoyulmuş son möhlət məsələsində güzəştli mövqe tutur. “Bu isə o deməkdir ki, biz tələsmirik, və razılaşmanın yekunlaşdırılması üçün günlər lazım ola bilər”-deyə o bəyan edib.

Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Federika Moqerini
Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Federika Moqerini

Aprel ayında əldə edilmiş çərçivə razılığına əsaslanan danışıqların hazırkı raundu keçən həftə başa çatmalı idi, lakin müzakirələr yeddi gün müddətinə uzadılıb.

İran və Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyadan ibarət qrup bazar ertəsi iki saat davam edən iclas keçirdikdən sonra danışıqları çərşənbə axşamı gününə qədər davam etdirib. Tərəflər arasında bir neçə aydır davam edən danışıqlar zamanı tətbiq edilmiş beynəlxalq sanksiyaların aradan qaldırılmasının müddəti və razılaşmanın şərtlərinə əməl olunduğunu yoxlamaq üçün BMT müfəttişlərinin İranın hərbi obyektlərini təftiş etməsinə imkan verilməsi kimi məsələlər ətrafında fikir ayrılıqları mövcud olub.

Bazar ertəsi İran rəsmilərinin BMT-nin silah embarqosunun qaldırılması şərtini irəli sürməsi yeni problem yaradıb. Qərb ölkələri bunun əleyhinədir.

Əgər tərəflər arasında razılıq cümə axşamı gününə qədər əldə edilsə, ABŞ Konqresinin sənədi nəzərdən keçirməsi və tətbiq edilmiş bəzi sanksiyaların qaldırılıb-qaldırılması məsələsini səsverməyə qoyması üçün 30 gün müddətində vaxtı olacaq. Əgər razılaşma cümə axşamı günündən sonra əldə edilsə, sənədin Konqresdə nəzərdən keçirilməsi üçün 60 gün tələb olunacaq.

XS
SM
MD
LG