Accessibility links

İran və BMT-nin nüvə agentliyi əməkdaşlığa dair razılıq əldə edib



İran BMT-nin nüvə agentliyi ilə ünvə obeyktlərinin daha geniş təftişinə imkan verilməsi və uzun zamandır ölkənin nüvə fəaliyyətləri ilə bağlı məlumatın açıqlanmasını nəzərdə tutan razılıq əldə edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, İran üç ay ərzində beynəlxalq müfəttişlərin əsas uran mədəni və Arak şəhəri ətrafında tikintisi başa çatmaqda reaktor üçün ağır su istehsal edilən zavoda getməsinə daha geniş imkan verəcək.

Razılıq Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiyo Amanonun Tehrana səfəri zamanı əldə edilib. Nüvə agentliyinin başçısı İranın nüvə silahı istehsal etməyə çalışması ilə bağlı narahatlıqlarla əlaqədar dünyanın altı qüdrətli dövlətinin daha geniş səyləri ilə parallel təşəbbüs göstərir.
XS
SM
MD
LG