Accessibility links

İran nüvə proqramının məhdudlaşdırılmasına yanvarın 20-də başlayacaq


İran və dünyanın altı qüdrətli dövləti Tehranın nüvə proqramına dair noyabr ayında əldə edilmiş razılaşmanın yerinə yetirilməsinin şərtləri ilə bağlı razılıq əldə edib.

İranın xarici işlər nazirliyinin rəsmiləri bazar günü Cenevrə razılaşmasının yanvarın 20-dən başlayaraq həyata keçiriləcəyini təsdiq ediblər.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton da yanvarın 20-i tarixini təsdiqləyərək, tərəflərin BMT-nin nüvə agentliyindən razılığın yerinə yetirildiyini yoxlmasını istəyəcəyini bildirib.

ABŞ prezident Barak Obama Birləşmiş Ştatlat və digər ölkələrin Tehran razılığı yerinə yetirdiyi müddətdə İrana qarşı iqtisadi sanksiyaları yüngülləşdirəcəyini deyib.

Prezident Obama İranla uzun müddətli razılaşmanın əldə edilməsi üçün danışıqların aparıldığı müddətdə ABŞ Konqresində yeni sanksilarla bağlı hər hansı bir qətnamətə veto qoyacağını bildirib. Lakin o əlavə edib ki, İran razılaşmaya əməl etməsə, Vaşinqton sanksiyaların gücləndirilməsinə hazır olacaq.

Müvəqqəti razılığın şərtlərinə əsasən, İran uran zənginləşdirilməsi prosesini beş faizə qədər azaltmağa razı olub. Razılıqda həmçinin İranın 20 faiz səviyyəsində uran zənginləşdirilməsini dayandırması və silah istehsalına çox yaxın olan bu səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını neytrallaşdırması nəzərdə tutulur.
XS
SM
MD
LG