Accessibility links

İran: ABŞ razılığı pozsa, nüvə proqramını bərpa edəcəyik [Video]


İran: ABŞ razılığı pozsa, nüvə proqramını bərpa edəcəyik
please wait

No media source currently available

0:00 0:02:43 0:00

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, əgər ABŞ prezidenti Donald Tramp 2015-ci ildə əldə olunan nüvə razılığını pozsa, ölkəsi nüvə proqramını bərpa edəcək. Tramp İran ilə Birləşmiş Ştarlar da daxil olmaqla, altı dünya qüdrəti arasında əldə olunan sazişi qınayıb və razılığa düzəlişlər edilmədiyi təqdirdə mayın 12-də dək İranın razılığa əməl etdiyini təsdiqləməyəcəyini deyib. Trampın fransız və alman tərəfdaşları isə xəbərdarlıq edir ki, İran ilə qüsursuz olmayan razılıq belə heç bir razılığın olmamasından daha yaxşıdır.

Biz önümüzə bir neçə seçim qoymuşuq və bu variantlar hazırdır. Buna bizim nüvə fəaliyyətimizi daha sürətli bir şəkildə davam etdirmək daxildir. Biz müvafiq qərarı verəcəyik.
Məhəmməd Cavad Zərif

Tramp Birləşmiş Ştatlar Fransa, Almaniya və Britaniya ilə İran sazişindəki ciddi nöqsanlarının düzəldilməsi ilə bağlı razılıq əldə etmədiyi təqdirdə 2015-ci ildə əldə olunan nüvə sazişindən geri çəkiləcəyini vəd edib. Onun administrasiyası razılıqla bağlı yenidən danışıqlar aparılmasını və razılığa İranın balistik raket proqramının məhdudlaşdırılması ilə İranının Yaxın Şərqdə artan nüfuzunun daxil edilməsini istəyir.

İran hazırkı sazişə əməl edib və bildirir ki, əgər Birləşmiş Ştatlar razılığı pozsa onlar müvafiq cavab tədbiri görəcəklər.

“Biz önümüzə bir neçə seçim qoymuşuq və bu variantlar hazırdır. Buna bizim nüvə fəaliyyətimizi daha sürətli bir şəkildə davam etdirmək daxildir. Biz müvafiq qərarı verəcəyik,” Zərif bildirib.

Trampın ən yaxın müşavirlərindən bəziləri İrana qarşı sərt mövqe sərgilənməsinə çağırır. ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri olan İsrail, Səudiyyə Ərəbistanı və bəzi İran Körfəzi ölkələri də eyni tələblər irəli sürür. Lakin Fransa, Britaniya və Almaniya iddia edir ki, Tehranla nöqsanlı razılığın əldə olunması heç bir razılığın olmamasından daha yaxşıdır.

İsrailin baş naziri Beynamin Netanyahunun mövqeyi odur ki, İranla nüvə razılığı İsrailin istədiyini təhlükəsizliyi təmin etmir. Biz isə düşünürük ki, razılığın olmamasındansa, nöqsanlı da olsa, bu razılığın olması daha yaxşıdır.
Angela Merkel

“Başa düşürəm ki, İsraildə İrandan gələn təhlükələrlə bağlı narahatlıqlar var. Bizim bu təhlükənin qarşısının necə alınacağına dair narazılıqlarımız var. İsrailin baş naziri Beynamin Netanyahunun mövqeyi odur ki, İranla nüvə razılığı İsrailin istədiyini təhlükəsizliyi təmin etmir. Biz isə düşünürük ki, razılığın olmamasındansa, nöqsanlı da olsa, bu razılığın olması daha yaxşıdır,” deyə Almaniya kansleri Angela Merkel bildirib.

Vaşinqtona səfərindən öncə, Fransa prezidenti Emmanuel Makron da deyib ki, saziş qüsursuz deyil, amma bu razılıq olmasa, onlar Şimali Koreyanın yaratdığı vəziyyətə bənzər vəziyyətlə ilə üz-üzə qalacaqlar.

İran razılığı Obama administrasiyasının əsas nailiyyətlərindən biri idi. Razılığa əsasən, Tehranın nüvə silahları proqramını dayandırması mübadiləsində Qərbin ölkəyə qarşı iqtisadi sanksiyaları aradan qaldırılıb. Tramp bu sazişi ən pis razılıq adlandırıb. Əgər o, mayın 12-dək İranın razılığa riayət etdiyini təsdiqləməsə, ABŞ Konqresi İrana qarşı sanksiyaları bərpa edə bilər. Amma bir çoxları bunun əlayehinə çıxır, çünki bu addım ABŞ-ın hər hansı beynəlxalq razılıqda etibarlı tərəfdaş mövqeyinə xələl gətirə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG