Accessibility links

3 Avropa ölkəsi İranın nüvə mübahisəsinin həllinə dair qətnamə hazırlayır


Britaniya, Fransa və Almaniya çərşənbə axşamı günü bildirib ki, İranın 2015-ci il nüvə sazişinin şərtlərinə əməl etməməsinin onlara razılıqda nəzərdə tutulan mübahilərin həlli ilə bağlı şərtlərə sadiq qalmaqdan başqa seçim buraxmayıb.

Ölkələr Birgə Əhatəli Hərəkət Planına uyğun olaraq, iqtisadi sanksiyaların ləğvi və İranla qanuni ticarətin təbliğinə dair cavabdehlikləri olduğunu bildirib.

ABŞ, Çin və Rusiyanın da imzaladığı razılıq İranın nüvə silahı inkişaf etdirməməsi, nüvə proqramına məhduduiyyətlər tətbiq edilməsini və bunun müqabilində ağır sanksiyaların təsirindən iqtisadiyyatı dağılan İrana qarşı sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Lakin 2018-ci ildə ABŞ-ın sazişdən çıxmasından sonra Tehran uran zənginləşdirilməsi məhdudiyyətlərini genişləndirməyə başlayıb. İran əlavə sentrafuqalardan istifadə etməklə, uran zənginləşdirilməsi səviyyəsini artırıb.

İran yeni ölçülərə əl atmazdan əvvəl hər dəfə razılığa imza atan ölkələrə ABŞ-ın yeni sanksiyalarından sonra ölkənin iqtisadiyyatına yardım etmədikləri təqdirdə razılığın şərtlərinə əməl etməyəcəyini bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi 3 Avropa ölkəsini “ABŞ-ın diqtələrinə boyun əyməkdə” günahlandırıb. Nazir onların bununla heç nəyə nail olmayacğını deyib.

Prezident Donald Tramp sənədi “dəhşətli, administrasiya isə bu razılığı İran üçün olduqca səxavətli adlandırıb.

Vaşinqtonun “ maksumum təzyiq” kampaniyası İran liderlərini kurslarını dəyişməyə vadar etməyə yönəlib. Ötən il ABŞ razılıqdan geri çəkilib və İrana qarşı sanksiyaları bərpa edib.

Britaniya, Fransa və Almaniya Vaşinqtonun razılığı tərk etməsinə dair narahatlıq və təəssüflərini bir daha dilə gətirib. 3 Avropa ölkəsi qətnamə əldə edilməsini ABŞ strategiyasına dəstək mahiyyəti daşımadığını bildirib.

"3 ölkə İrana qarşı maksumum təzyiq kampaniyasına qoşulmur. Ümid edirik ki, İranı öhdəliklərinə əməl etməyə qaytara biləcəyik."

Birgə Komissiya sənədə imza atan hər bir ölkədən 15 gün ərzində mübahisənin həllini tələb edir.

XS
SM
MD
LG