Accessibility links

ABŞ İranın dondurulmuş hesablarının bəzilərinin tədricən azad edilməsini nəzərdən keçirir


ABŞ mətbuatının yazdığına görə, Obama administrasiyası İranın xaricdəki dondurulmuş hesablarının bəzilərinin tədricən azad edilməsini nəzərdən keçirir.

Adı açıqlanmayan rəsmiyə istinadən bildirilir ki, bu, İranla mübahisəli nüvə proqramına dair Cenevrə danışıqlarından sonraya təsadüf edir.

Cenevrədə keçirilən ikigünlük danışıqlar zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif münasibətlərin yeni mərhələyə daxil olacağına ümid bəslədiyini dilə gətirib.

İranın xarici işlər naziri beynəlxalq ictimayyətə İranın nüvə proqramının dinc mahiyyət daşıdığını sübut etmək üçün hazırlanmış yeni planın texniki aspektlərini açıqlayıb.

Ağ Evin sözçüsü Cey Karni Cenevrə danışıqlarının İranın ciddiliyinin səviyyəsini nümayiş etdirdiyini bildirib. Lakin o, ABŞ-ın nüvə müzakirələrindən daha böyük nailiyyətlər gözlədiyini deyib.

Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya İrannın nüvə silahı istehsal etmədiyini sübuta yetirməsini istəyir. Tehran isə uran zənginləşdirdiyinə görə İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan yaxa qurtarmağa çalışır.
XS
SM
MD
LG