Accessibility links

İran müxalifət liderinin oğlu həbs edilib


İran müxalifət liderinin oğlu həbs edilib
İran müxalifət liderinin oğlu həbs edilib

İranın müxalifət lideri Mehdi Kərrubinin veb səhifəsində təhlükəsizlik qüvvələrinin onun bir oğlunu həbs etdiyi, ikinci oğlunu da həbs etməyə cəhd göstərdiyi bildirilir. Veb səhifədə (sahamnews.org) yerləşdirilmiş məlumatda deyilir ki, təhlükəsizlik qüvvələri Əli Kərrubini evində həyat yoldaşı ilə birlikdə həbs ediblər. Onun həyat yoldaşının sonradan azad edildiyini bidirilir. Burada həmçinin təhlükəsizlik qüvvələrinin Hüseyn Kərrubinin evinə daxil olduğu, lakin o orada olmadığı üçün onu həbs edə bilmədiyi haqda məlumat verilib. İran rəsmiləri bundan öncə müxalifət liderləri olan Mehdi Kərrubi və Mir Hüseyn Musəvini ev dustağı etmişdilər.

XS
SM
MD
LG