Accessibility links

İran-Pakistan sərhədində 5 pakistanlı əsgər öldürülüb


Ötən gecə İran-Pakistan sərhədində silahlıların hücumu nəticəsində 5 pakistanlı əsgər öldürülüb.

Məlumatı AzadAvropa/AzadlıqRadiosu fevralın 19-da Pakistan rəsmilərindən alıb.

Anonimlik şərtilə danışan rəsmilərin sözlərinə görə, hücum edənlər “ağır silahlar”dan istifadə ediblər. Hadisə fevralın 18-də axşam Bəlucistan vilayətində baş verib.

Hücumun hədəfi olan nəzarət məntəqəsi İranla sərhədin 100 km-də, İranın cənub-şərqini Bəlucistanın paytaxtı Kvetta ilə birləşdirən əsas magistral yolda yerləşir.

Üç pakistanlı əsgər yaralanıb və xəstəxanaya aparılıb.

Pakistanın təhlükəsizlik qüvvələri hücum edənlərin yerini müəyyənləşdirmək üçün fevralın 19-da əks-əməliyyat başladıblar.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Hücum olunan ərazidə bəlucseparatçılar tez-tez Pakistanın təhlükəsizlik konvoyları və nəzarət məntəqələrini hədəf alırlar.

Fevralın 17-də Kvettada intiharçı hücumunda 8 sünni müsəlman öldürülüb, 16 nəfər yaralanıb.

Həmin hücumun da məsuliyyətini üzərinə götürən olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG