Accessibility links

İran parlamenti Hormuz boğazının bağlanmasına dair layihəni nəzərdən keçirir


İranın Xorasan viyalətindən olan millət vəkili Cavad Kərimi Qudsi Hormuz Boğazının bağlanması ilə bağlı layihə üçün imza toplandığını bildirib. Bu haqa məlumat Fars xəbər agentliyi tərəfindən yayılıb.

Məşəd şəhərindən olan vəkili eyni zamanda elan edib ki, layihə üçün 250 imza lazimdir və indiyədək artıq 150 millət vəkili ona imza atib.

İran parlamentinin xarici siyasət və müdafiə məsələlərində qərarlara təsir göstərmək imkanları güclü deyil və qanun layihəsi parlamentin qəbul ediləcək hər hansı bir siyasi qərara dəstək nümayiş etdirərək simvolik xarakter daşıyacaq.

Göründüyü kimi, İran Qərb ölkələrini muzakirələr masasına dəvət etmək məqsədilə cəhd göstərir.

Bununla bağlı Məşəd şəhərindən olan millət vəkili deyib ki, belə bir layihə qəbul edilsə, İrana qarşı sanksiyalar aradan qaldırılmayana qədər Hörmüz boğazı bağlı olaraq qalacaq.

Cavad Kərimi Qudsinin sözlərinə əasən, bu layihə qəbul edilsə İran sanksiyaların götürülməsindan sonra irəli sürdüyü 14 şərt yerinə yetirilməyənə qədər boğazı açmayacaq.

Bu 14 şərtdən biri neft idxal edən ölkələrin İrana neftin qiymətinin 3 faizi qədər boğazdan istifadə etmək haqqı verməsindən ibarətdir.
İran bundan öncə dəfələrlə Yaxın Şərq regionunda neftin əsas nəqli marşrutu olan Hörmüz boğazını bağlamaqla təhdid etmişdi.

Dünyada dəniz vasitəsilə nəql edilən neftin 40 faizi Hörmüz boğazından keçir.
XS
SM
MD
LG