Accessibility links

İranda səslərin hesablanması yekunlaşdırılır


İranda parlament seçkilərinin yekun səsləri hesablanmaqdadır. 290 yer uğrunda 7 mindən çox insanın namizədliyi etibarsız sayılıb.

Fevralın 21-nə təyin edilən seçkilər daha çox sərt-xətt tərəfdarları və mühafizəkarlar arasında keçirilib. Belə ki, islahat tərəfdarları və mötədil namizədlərin çoxu diskvalifikasiya edilib.

Bu seçkilər həm də ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar şəraitində insanların həyatını yaxşılaşdıracağına dair vədlərini yerinə yetirməyə çalışan, nisbətən mötədil prezident Həsən Ruhaninin populyarlığının sınağı olacaq.

Lakin ekspertlər İranın tənəzzüldəki iqtisadiyyatı ilə bağlı ictimai narazılığın artmasına, eləcə də şəffaf və ədalətli seçki prosesinin olmamasına görə seçici fəallığının az olduğunu deyib.

Milli Seçki Komitəsinin bildirdiyinə görə, 208 seçki dairələrinin 71-də səslər hələ də sayılmaqda davam edir. Komitə sözçüsü Esmail Musavi deyib ki, yekun nəticələr ya bu gecə, ya da sabah elan edilə bilər.

Namizədlər 20 faiz səs toplaya bilməsələr, təkrar seçkilər apreldə keçirilməlidir.

Daxili İşlər Nazirliyinin bildiridiyinə görə, Tehrandan parlamentdəki 30 yer uğrunda yarışlarda Məhəmməd Bağır Qalibafın başçılıq etdiyi mühafizəkar namizədlər üstünlük təşkil edir.

Tehranın sabiq meri Qalibaf parlament seçkilərinin spikeri vəzifəsinə güclü namizəddir.

Yarı-rəsmi Fars xəbər agentliyi 209 yerlik parlamentin 183 yerinin artıq məlum olduğunu bildirib. Deyilənə görə, mühafizəkarlar 135, islahatçılar 20, müstəqil namziədləri isə 28 yer qazanıb.

Seçkiləri monitorinq edən Daxili İşlər Nazirliyi seçki fəallığı barədə məlumat verməyib.

Fars xəbər agentliyi ölkə boyu fəallığın 40, Tehranda isə 30 faiz təşkil etdiyini bildirib.

Britaniyanın Guardian qəzeti isə Tehranda seçki fəallığının 20-25 faiz olduğunu yazır.

2016-cı il parlament seçkilərində fəallıq 62 faiz təşkil etmişdi.

XS
SM
MD
LG